Bakının Nizami rayonunda polis narkopriton aşkarlayıb.
DİN-dən BUTA.TV-a verilən məlumata görə, Nizami Rayon Polis İdarəsi (RPİ) Narkotiklərlə Mübarizə Bölməsinin (NMB) əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində rayon ərazisində narkotik vasitələrin qəbul edildiyi məkan aşkarlanıb.
Həmin evdə narkotiklərin istifadəsinə şərait yaradan əvvəllər məhkum olunmuş 38 yaşlı Kənan Alşarov, 59 yaşlı Etibar Babayev, 50 yaşlı Zaur Fətiyev, 39 yaşlı Samir Məmmədov və daha bir qadın saxlanılıb. Ünvana və saxlanılanların üzərinə baxış zamanı psixotrop maddə metamfetamin və narkotiklərin qəbulunda istifadə edilən ləvazimatlar aşkarlanıb.
Nizami rayonu Keşlə qəsəbəsində həyata keçirilən növbəti əməliyyat zamanı isə paytaxt ərazisində narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 21 yaşlı Əyyub Həsənli saxlanılıb. Ondan satış məqsədi ilə əldə etdiyi 3 kiloqram heroin və 1 kiloqram 500 qram metamfetamin aşkarlanıb. O, sosial şəbəkələrdə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu bildirib.
Faktlarla bağlı araşdırmalar və əməliyyat-istintaq tədbirləri davam etdirilir.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü