Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyayeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.
BUTA.TV xəbər verir ki, təbrik məktubunda qeyd olunur:
“Möhtərəm xanım, Zati-aliləri.
Bütün müsəlman ümmətinin böyük sevinc və şadlıqla qarşıladığı mübarək Ramazan bayramı münasibətilə Sizi səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı və dərin ehtiramımı çatdırmaqdan böyük məmnunluq duyuram.
Uca Allah bütün dualarınızı, arzularınızı, ehsanlarınızı və xeyirxah əməllərinizi qəbul etsin, qardaş xalqlarımız arasındakı əzəli dostluq və mehribanlıq telləri daha da möhkəmlənsin.
Möhtərəm zanım, Zati-aliləri, qəlblərimizin mübarək Ramazan ayının nur və bərəkətindən işıqlandığı bu əlamətdar bayram günündə Sizə möhkəm cansağlığı, ailə səadəti, ocağınıza bərəkət və bolluq arzulayıram”.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü