Yekaterinburqda saxlanılan Əhliman Gənciyev barəsində 72 saatlıq həbs qətimkan tədbiri seçilib.
BUTA.TV Bakupost.az-a istinadla xəbər verir ki, Ə.Gənciyevin vəkili onun çətinliklə yeridiyini bildirib.
Hazırda müdafiə tərəfi ədalətin bərpa olunmasına nail olmağa çalışır.
İstintaq iddia edir ki, etnik cinayətkar qrupun tərkibində olan təqsirləndirilən şəxslər 2001, 2010 və 2011-ci illərdə Yekaterinburqda törədilmiş bir sıra qətllərdə və qəsdən adam öldürməyə cəhddə iştirak ediblər.
Həmçinin, kütləvi həbslərlə əlaqədar Azərbaycan Rusiya ilə bütün mədəni layihələri dayandırıb. Belə ki, Azərbaycan Mədəniyyət Nazirliyi Rusiya təşkilatlarının planlaşdırdığı konsert, sərgi, tamaşa və festivalları ləğv edib. Qərar həm dövlət, həm də özəl təşəbbüslərə şamil olunub.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü