BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Azərbaycanda ilin hadisəsi oldu və bu tədbirə Azərbaycana gələn insanların sayı onun əhəmiyyətini nümayiş etdirir.
BUTA.TV xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə bildirib.
O vurğulayıb ki, Azərbaycan “yaşıl enerji”ni fəal şəkildə inkişaf etdirir, elektrik enerjisi istehsalı üçün qaz və su ehtiyatlarından istifadə edir.
Dövlət başçısı deyib ki, bizim qlobal iqlim gündəliyinə verdiyimiz töhfəyə gəldikdə düşünürəm ki, Azərbaycan ekoloji baxımdan çox düzgün mövqe seçmiş ölkədir.
“Biz kömürdən istifadə etmirik. Biz elektrik enerjisini istehsal edirik. Biz hidroelektrik enerjisindən istifadə edirik. O cümlədən Günəş enerjisinin istehsalına başlamışıq. Bizim bununla bağlı nəhəng enerji sərvətlərimiz var. Bizim artıq xeyli investisiya müqavilələrimiz imzalanıb”.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü