Vaşinqton razılaşmalarından sonra erməni tərəfi Tehranı inandıra bildi ki, İranın bütün qırmızı xətlərinə əməl olunub.
BUTA.TV xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Abbas Arakçı deyib.
Onun sözlərinə görə, Ermənistan baş naziri İran prezidentinə zəng edib, Ermənistan XİN rəhbəri ilə telefon danışıqları olub, xarici işlər nazirinin müavini Vahan Kostyanyan şəxsən Tehrana gedib:
“Əvvəlcə Sünikin ələ keçirilməsindən danışıldı, sonra Azərbaycanın suverenliyi altında dəhliz variantı müzakirə edildi. İndi də bütün bu ideyalar Ermənistanda qeydiyyatdan keçmiş və Ermənistanın qanunları və yurisdiksiyası altında ABŞ şirkəti tərəfindən çəkilən yola çevrilib. Bu yol Ermənistanın suverenliyi altındadır. Bizim yaxınımızda heç bir ABŞ qoşunu yerləşdirilməyəcək və İranın bütün qırmızı xətlərinə hörmətlə yanaşılır”.
Arakçı bildirib ki, bu, yalnız özəl Amerika mühəndislik şirkətidir, təhlükəsizlik və ya hərbi təşkilat deyil:
“Əminəm ki, “Tramp marşrutu”nda ABŞ qüvvələri olmayacaq və təhlükəsizliyi Ermənistan özü təmin edəcək”.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü