Ötən gün Türkmənistan Xarici İşlər Nazirliyində (XİN) Xəzər dənizi üzrə Yüksək Səviyyəli İşçi Qrupunun iclası keçirilib.
BUTA.TV xəbər verir ki, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
İclasda Türkmənistan, Azərbaycan, İran, Qazaxıstan və Rusiya rəsmiləri iştirak ediblər.
Görüşdə Xəzər dənizində əməkdaşlığın ümumi vəziyyəti nəzərdən keçirilib və xarici işlər nazirlərinin növbəti görüşünün hazırlanması məsələləri gündəmdə olub.
Bundan əlavə, Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi ilə bağlı səbəblərin araşdırılması üçün xüsusi işçi qrupun yaradılması məsələsi də müzakirə edilib.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü