Ermənistan hökuməti 2026-cı ildə ölkədə keçiriləcək növbədənkənar parlament seçkilərində yenidən seçiləcəyi təqdirdə yeni Konstitusiyanın qəbulu üçün ümumxalq referendumunu təşkil edəcək.
BUTA.TV Teleqraf-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan BMT tribunasındakı çıxışında deyib.
"Demokratiya sahəsində əldə etdiyimiz nailiyyətləri daha institusional və xalqpərəst etmək üçün yaxın gələcəkdə növbəti addımı atmaq niyyətindəyik. 2026-cı il parlament seçkilərində bir daha xalqın mandatını aldıqdan sonra biz yeni Konstitusiyanın qəbulu üçün ümumxalq referendumuna başlayacağıq, bunun nəticəsində ölkədə hakimiyyətin bütün qolları və hüquq sistemi konstitusiyaya uyğun qurulacaq. Ermənistanın dövlətçiliyini davamlı və cəmiyyət mərkəzli edən xalqdır”, - Paşinyan qeyd edib.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü