Naxçıvanı Azərbaycanın digər rayonları ilə birləşdirən yol İran üçün yeni imkanlar yarada bilər.
BUTA.TV "Azad İran"a istinadən xəbər verir ki, bunu İranın keçmiş xarici işlər naziri və sabiq vitse-prezidenti Məhəmməd Cavad Zərif bildirib..
"Bu gün vəziyyət dəyişib. Məsələn, Naxçıvanı Azərbaycanın digər rayonları ilə birləşdirən yol bizim üçün bir fürsət ola bilər. Əgər keçmişdə ilişib qalsaydıq, bunu təhdid kimi görərdik. Halbuki biz təhdidləri fürsətə çevirməyi öyrənməliyik", - deyə Zərif vurğulayıb.
O bildirib ki, keçmişin əsiri olmamaq lazımdır və İranın bir çox problemləri məhz keçmişə yönəlmiş baxışdan qaynaqlanır.
Zərif keçmiş təcrübələrin təkrarlanmasının yeni uğursuzluqlara gətirib çıxara biləcəyi barədə də xəbərdarlıq edib.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü