Ermənistan Hindistanla “Hindustan Aeronautics Limited” şirkətinin istehsalı olan Su-30MKI çoxməqsədli qırıcı təyyarələrinin alınması ilə bağlı müqaviləni yekunlaşdırıb. Qırıcı alışının danışıqları son mərhələdədir və bu, Azərbaycanın Pakistan istehsalı olan 40 JF-17C Block-III qırıcı təyyarəsi almasına cavab tədbiri kimi qiymətləndirilir.
BUTA.TV xəbər verir ki, bu barədə “İndian Defens Nyus” məlumat yayıb.
“Bu müqavilə Hindistan və Ermənistan arasında hərbi-texniki əməkdaşlığın daha da gücləndirildiyini göstərir. Son illərdə iki tərəf artıq bir sıra müqavilə bağlayıb, o cümlədən “Pinaka” raket sistemləri, “Svati” əks-batareya radarları və tank əleyhinə sursatların təchizatı barədə. Hindistan Hərbi Hava Qüvvələrinin onurğa sütunu olan Su-30MKI qırıcı təyyarəsi ikili AL-31FP dartma vektorlu mühərrikləri, qabaqcıl radar dəsti və həm Hindistan, həm də Rusiya istehsalı olan silahlardan istifadə etmək qabiliyyəti ilə tanınır. Müqavilənin dəyəri 2,5 ilə 3 milyard dollar arasında dəyişir. Birinci mərhələyə 8-12 qırıcının çatdırılması, eləcə də personalın təlimi, yerüstü avadanlıqlar və fərdi silahların inteqrasiyası daxildir. İlk tədarükün 2027-ci ilin sonundan 2029-cu ilə qədər yekunlaşması gözlənilir”, -məlumatda deyilib.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü