Azərbaycanda bərkgedən otellər yeni il üçün qiymətlərini açıqlayıblar, 2 gecəsi (31 dekabr – 1 yanvar) adambaşı 750-950 manat arasıdır.
BUTA.TV xəbər verir ki, bu barədə iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib.
“Turizm şirkətlərindən biri 28 dekabr – 1 yanvar arası, yəni, 4 gecə/5 günlük Dohaya Yeni il turları təklif edirlər. Adambaşı, ortalama, 750 dollar qiymət təklif olunur, qiymətə daxildir:
– Aviauçuş
– Mehmanxanada gecələmə
– Səhər yeməyi əsasında qidalanma
- Sığorta
- Transfer qrup.
Otellər 5 ulduzdur, siyahıda “Cielo Hotel Lusail”, “Steigenberger Hotel & Residence Shaza Doha”, “City Centre Rotana Doha”, “Doubletree by Hilton Doha Old Town” kimi gözəl otellər var. Yəni, 4 gecə-5 gün Yeni ili Dohada keçirmək aviabilet daxil 750 dollar - 1275 manatdır.
Məsələn, Şamaxıda 2 gün qalsan, bayram keçirsən, 950 manat ödəməli olacaqsan. İndi özünüz seçin, 2 gecə Şamaxı 950 manatmı, yoxsa 4 gecə Doha 1275 manatmı?! Şamaxıda günü (gecəsi) 475 manat, Dohada günü (gecəsi) 318 manat...” - o bildirib.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü