Bakının Nərimanov rayonunda yerləşən “pub”ların birində əxlaqsız video çəkərək sosial şəbəkədə paylaşan və bununla da cəmiyyətə açıq formada hörmətsizlik edən şəxslər məsuliyyətə cəlb olunub.
BUTA.TV Teleqraf-a istinadla xəbər verir ki, polis tərəfindən yayılan görüntülərdə yer alan Ç.S, R.H və E.Ə barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2 və 535.1-ci maddələri ilə protokol tərtib edilib.
Protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin qərarına əsasən, videoda yer alan qadın 25, digər iki kişi isə 30 sutka inzibati qaydada həbs olunub.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü