Xəbər verdiyimiz kimi, Fövqəladə Hallar Nazirliyinə iki yeni nazir müavini təyin edilib. Belə ki, Yusif Nəbiyev və Xanlar Cəbrayılov nazir Kəmaləddin Heydərovun müavini olublar.
BUTA.TV Qaynarinfo-ya istinadən xəbər verir ki, Yusif Mahmud oğlu Nəbiyev uzun illərdir Fövqəladə Hallar Nazirliyinin Baş yanğın təhlükəsizliyi eksperti vəzifəsində çalışıb.
O, 14 dekabr 2012-ci ildə "daxili xidmət general-mayoru" rütbəsi alıb, 2018-ci ildə isə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.
Naxçıvan Muxtar Respublikasında anadan olan Yusif Nəbiyev Azərbaycanın Əməkdar hüquqşünası, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin sədri (2000-2011), Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri (2011-2022) olmuş Mahmud Nəbiyevin oğludur.
General-mayorun babası Yusif Mustafa oğlu Nəbiyev Naxçıvan MSSR Nazirlər Sovetinin sədri (1970-1979), Azərbaycan Kommunist Partiyası Mingəçevir Şəhər Komitəsinin birinci katibi (1979-1980) olub.
Xanlar Cəbrayılov isə 1972-ci ildə Bakı şəhərində doğulub. 1995-ci ildə İqtisad Universitetini bitirib. Daha sonra Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyində işləyib. Onun "gömrük xidməti mayoru" olduğu bildirilir.
O, FHN yaranandan - 2005-ci ildən bu nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində rəisi vəzifəsinə təyin edilib.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü