Fevralın 25-də Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən planlı təmir-bərpa işləri aparılacaq.
İdarədən BUTA.TV-a bildirilib ki, bununla əlaqədar olaraq Düylün 35/10 kV-luq yarımstansiyadan qidalanan Aza 10 kV-luq və Düylün 10 kv-luq elektrik xətti rayon ərazisində yüksəkgərginlikli elektrik xətlərinin çəkilməsi ilə əlaqədar sifariş əsasında müvəqqəti olaraq açılacaq.
Aparılacaq işlər səbəbindən Ordubad rayonunun Aza, Azad, Dizə, Qoşadizə, Kələntər Dizə, Sabirkənd, Baş Dizə, Gilançay, Düylün, Cənnəb, Üstüpü və Məzrə kəndlərində saat 14:00-dan 15:00-dək elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Qeyd edək ki, planlı təmir tədbirləri enerji təchizatı sistemlərinin gücləndirilməsi, şəbəkənin etibarlığının artırılması və texniki baxışların aparılması məqsədilə həyata keçirilir. Bu çərçivədə müxtəlif ərazilərdə elektrik xətləri və yarımstansiyalarda mərhələli yenilənmə işləri nəzərdə tutulub.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü