Bu gün də daxil olmaqla, işğaldan azad edilmiş ərazilərə ümumilikdə 80 mindən çox insan köç edib və fəaliyyət göstərir. Bu göstəriciyə yalnız keçmiş məcburi köçkünlər deyil, həm də bölgədə həyata keçirilən layihələrdə çalışan mütəxəssislər, müxtəlif dövlət qurumlarının yerli bölmələrində xidmət edən əməkdaşlar, eləcə də yenidən fəaliyyətə başlayan səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye və energetika müəssisələrində işləyən şəxslər daxildir.
Bu sözləri BUTA.TV-a açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İbrahim Mirzəyev deyib.
Onun sözlərinə görə, hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında ümumilikdə 41 yaşayış məntəqəsi tikilərək və ya bərpa edilərək istifadəyə verilib.
Beləliklə, builki Novruz bayramını Qarabağda qeyd edəcək insanların sayı da 80 min nəfərdən çoxdur.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü