Ağsuda bıçaqlanma hadisəsi baş verib.
BUTA.TV APA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Ağsu şəhər 1 saylı orta məktəbin qarşısında, idman meydançasında qeydə alınıb.
Rayon sakini 34 yaşlı Dostəli Bağırovla 11-ci sinif şagirdi R.S. arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb.
Mübahisə zamanı D.Bağırov şagirdə kəsici alətlə, həmin vaxt köməyə gələn qardaşı -16 yaşlı A.S-ya isə əli ilə vuraraq xəsarət yetirib. Xəsarət alan qardaşlara tibbi yardım göstərilib.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törədən şəxs saxlanılıb.
D.Bağırovun Vətən müharibəsi qazisi olduğu bildirilir.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü