Bakıda faciəvi şəkildə ölən zabit olub

16:14 - 9 Aprel 2026 - GÜNDƏM

 Bakıda faciəvi şəkildə ölən zabit olub

Bakıda Xətai rayonunda kişi binadan yıxılaraq faciəvi şəkildə ölüb.

BUTA.TV Teleqraf-a istinadla xəbər verir ki, bədbəxt hadisə nəticəsində həyatını itirən Müzəffər İlham oğlu Aydınlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sabiq əməkdaşı olub.

“Aydınlı Müzəffər 2 il əvvəl - 2024-cü ilin aprel ayından öz arzusu ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən ehtiyata buraxılıb. Dövlət Xidməti adından ailəsinə və yaxınlarına başsağlığı veririk”, - qurumun İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov deyib.

Qeyd edək ki, ehtiyatda olan mərhum leytenantın nəşi bu gün Naxçıvana aparılacaq. Faktla bağlı araşdırma aparılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol