Son günlər Abşeron yarımadasında müşahidə olunan intensiv atmosfer çöküntülərinin düşməsi ilə Gəncə prospekti 29/35 ünvanında sərt yamacda səthi yuyulma nəticəsində sürüşmə baş verib.
BUTA.TV xəbər verir ki, bunu Report-a açıqlamasında Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev deyib.
Onun sözlərinə görə, bu gün səhər saatlarında 3-4 kub suxur kütləsinin islanaraq yamac boyunca uçması hesabına sürüşmə olub:
"Proses lokal xarakterli olub. Nisbətən yumşaq suxurların yağış suları hesabına yuyulması və islanması nəticəsində baş verib. Hazırda Fövqəladə Hallar Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən ərazidə araşdırmalar aparılır".
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü