Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) “Kurort” Turizm İnformasiya Mərkəzinin direktoru Emilya Səfərəliyeva işdən çıxarılıb.
BUTA.TV lent-az-a istinadla xəbər verir ki, bununla yanaşı AHİK sədrinin müşaviri Cəmaləddin Quliyev də tutduğu vəzifədən azad edilib.
Bundan əlavə, kənd təsərrüfatı nazirinin sabiq müavini Sarvan Cəfərov AHİK sədrinin müşaviri təyin olunub.
Qeyd edək ki, Sarvan Cəfərov 2020-ci ildən 2026-cı ilədək kənd təsərrüfatı nazirinin müavini postunu tutub. O, bu ilin yanvarında tutduğu vəzifədən azad edilib.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü