Azərbaycanda fəaliyyət göstərən məktəblərin təxminən 90 %-i son 20 ildə təmir olunub və ya yenidən tikilib.
BUTA.TV xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib. Nazirin sözlərinə görə, son beş il ərzində Elm və Təhsil Nazirliyi, Heydər Əliyev Fondu və digər tərəfdaşların dəstəyi ilə minə yaxın məktəb yenidən qurulub və ya əsaslı təmir edilib.
"Ölkədə olan 4200-ə qədər məktəbin təxminən 90 %-i ya yeni təmir olunub, ya da yenidən tikilib. Bəzi qəzalı məktəblər üzrə işlər mərhələli şəkildə davam etdirilir. Birinci növbədə, daha böyük məktəblərin təmirinə üstünlük veririk. Çünki bu məktəblər daha çox uşağın həyatına təsir edir".
Nazirin sözlərinə görə, kiçik məktəblər üçün modul tipli məktəblərin tikintisi həyata keçirilir:
"Bu il müxtəlif bölgələrdə 100-dən artıq modul məktəbin tikintisi nəzərdə tutulur".
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü