Sosial şəbəkələrdə “Koroğlu” metrostansiyası yaxınlığında yerləşən körpüdə aralanma olduğu iddia edilən görüntülər yayılıb. Fəridə Aslanova adlı istifadəçinin paylaşımı körpünün təhlükəsizliyi ilə bağlı suallar doğurub.
Məsələ ilə bağlı mühəndis və əmlak məsələləri üzrə ekspert Elnur Azadov BUTA.TV-a açıqlamasında bildirib ki, körpüdəki bu aralıq konstruksiya elementidir.
“Nəzərə almaq lazımdır ki, yayda istilər çox olanda yolun üstü həm hərəkətdən, həm də nəqliyyat vasitələrinin axınından genişlənir. Bu kimi aralıqlar ona görə qoyulur ki, yol genişlənən zaman konstruksiya dağılmasın. Yəni hazırkı vəziyyət normaldır”, - o vurğulayıb.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü