Latviyanın Baş naziri Evika Silinya istefa verib.
“BUTA.TV” xəbər verir ki, E.Silinya bu barədə qərarını brifinqdə açıqlayıb.
Onunla birlikdə hökumət də istefaya yollanıb.
“İstefa verirəm, lakin təslim olmuram və getmirəm. Mən və “Yeni Birlik” Latviya xalqına verdiyimiz vədimizi yerinə yetirməyə davam edəcəyik”, - deyə Silinya bildirib.
O, həmçinin rəqiblərini “siyasi paxıllıqda və dar partiya maraqlarında” ittiham edib: “Müdafiə naziri postuna güclü namizəd görən siyasətçilər hökumət böhranını seçdilər”.
Qeyd edək ki, bundan əvvəl Silinya polkovnik Rayvis Melnisi müdafiə naziri vəzifəsinə təyin etməyi təklif edib. O bu postda istefa verən Andris Sprudisi əvəz etməlidir. Baş nazirin təklifindən sonra “Proqressivlər” partiyası hökuməti artıq dəstəkləmədiyini bəyan edib. “Yaşıllar və Kəndlilər İttifaqı” koalisiyası isə bildirib ki, Silinyanin rəhbərlik etdiyi hökumət faktiki olaraq süqut edib, texniki və ya azlıq hökumətinin formalaşdırılması imkanları tükənib və yeni hökumətin qurulması ilə bağlı danışıqlar mərhələsinə başlamaq lazımdır.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü