Türkiyənin Mersin şəhərində dəhşətli qətliam törədilib.
“BUTA.TV” xəbər verir ki, hadisə şəhərin Tarsus rayonunda qeydə alınıb.
Məlumata görə, silahlı şəxs əvvəlcə yerli restoranlardan birinə daxil olaraq qəfildən atəş açıb. Nəticədə obyektin sahibi və bir əməkdaşı həyatını itirib. Hadisədən sonra avtomobillə ərazidən qaçan şəxs əvvəlcə heyvan otaran gənci, daha sonra isə evinin qarşısında dayanan yük maşını sürücüsünü də güllələyərək qətlə yetirib. O, həmçinin qaçmağa çalışarkən qarşısına çıxan daha 8 nəfəri də müxtəlif dərəcəli bədən xəsarətləri ilə yaralayıb.
Qeyd olunub ki, hadisə yerinə dərhal çoxlu sayda jandarma və təcili tibbi yardım briqadaları cəlb olunub. Yaralılar xəstəxanaya yerləşdirilib. Hazırda cinayəti törətməkdə şübhəli bilinən şəxsin saxlanılması üçün genişmiqyaslı əməliyyat keçirilir.
***
“Anadolu” Agentliyinin məlumatına görə, silahlı hücumda ölənlərin sayı 6-ya yüksəlib.

- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü