Mayın 14-ü Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Qardabani rayonunda baş vermiş dəhşətli avtomobil qəzasında həlak olan 8 nəfərdən dördü dünən dəfn edilib.
“BUTA.TV” Aktual.ge-yə istinadən xəbər verir ki, meyitləri tanınmaz halda olan gənclərdən 4-nün nəşi mayın 22-si ailələrinə təhvil verilib.
Məhkəmə ekspertizası onların şəxsiyyətini dəqiqləşdirdikdən sonra cənazələr Tbilisidən gənclərin yaşadığı kəndə gətirilib və musiqi sədaları altında dəfn edilib.
Qeyd edək ki, “BMW” markalı avtomobilin sürətlə hərəkətdə olarkən aşaraq yanması nəticəsində 7 gənc hadisə yerində, 1 nəfər isə Rustavi şəhərindəki xəstəxanada ölüb. Onların hamısı azərbaycanlı olub. Vəfat edənlər arasında 4 qardaş (2 ailənin övladları) da olub.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü