Laçın-Xankəndi yolunda keçirilən etiraz aksiyası iştirakçılarının Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətini izləmələri üçün böyük monitor quraşdırılıb.
BUTA.TV xəbər verir ki, Prezident İlham Əliyevin təbriki aksiya iştirakçıları tərəfindən böyük coşqu və alqışlarla qarşılanıb.
Havanın şaxtalı olmasına baxmayaraq, Laçın-Xankəndi yolundakı etiraz aksiyası davam edir.
Qeyd edək ki, aksiya iştirakçılarının təhlükəsizliyini Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının hərbçiləri və polis əməkdaşları təmin edirlər.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü