Dekabrın 31-də 96 yaşında vəfat edən Roma Papası XVI Benedikt Vatikanda dəfn edilib. O, özü istədiyi kimi, sələfi II İohann Pavelin (1920-2005) ilkin məzarında dəfn edilib.
BUTA.TV xəbər verir ki, müqəddəs Pyotr meydanında keçirilən anım mərasiminə Roma Papası Fransisk rəhbərlik edib.
Vatikan jandarmının hesablamalarına görə, təxminən 50 min adam mərasimə qatılıb. Bəzi ziyarətçilər Benediktin kanonlaşdırılmasını tələb ediblər.
Dəfn mərasimində İtaliya və Almaniyadan rəsmi nümayəndə heyətləri iştirak edib. Onlara prezidentlər Sercio Mattarella və Frank-Valter Ştaynmayer rəhbərlik edib.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü