Ukrayna Rusiya ilə “Milad atəşkəsi” ilə bağlı heç bir danışıqlar aparmayacaq. İşğalçı dövlət ölkəmizin ərazisini tərk etməlidir.
BUTA.TV xəbər verir ki, bu fikri Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov söyləyib.
"Gəlin praktik dildə danışaq. Onlar bu barışığı kimə təklif edirlər? Özlərinə? Sadə bir həll yolu var: çamadanlarını götürüb Rusiyaya getsinlər. Onlarla heç bir danışıqlar aparılmır”, - deyə Danilov bildirib.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyquya yanvarın 6-da saat 12:00-dan yanvarın 7-də saat 00:00-dək Ukraynanın bütün təmas xətti boyunca atəşkəs rejiminin tətbiq edilməsi barədə göstəriş verib.
V.Putin bu addımı Moskvanın və Bütün Rusun Patriarxı Kirillin müraciətini nəzərə alaraq atıb.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü