Rusiya Prezidenti Vladimir Putinin rəhbərliyi altında Təhlükəsizlik Şurasının iclası keçirilib.
BUTA.TV xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, iclasda Ukraynada hərbi əməliyyatın gedişatı, eləcə də sosial-iqtisadi məsələlər müzakirə olunub.
“Xüsusi hərbi əməliyyatın gedişi ilə bağlı fikir mübadiləsi aparılıb. Müdafiə naziri Sergey Şoyqu əməliyyat qərargahına baş çəkməsi barədə məlumat verib”, - Kremlin bəyanatında bildirilib.
Bundan əlavə, Vladimir Putin Təhlükəsizlik Şurasının üzvlərinə son beynəlxalq danışıqlar barədə məlumat verib.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü