Ucar rayonunda təcili tibbi yardım maşını aşıb, 5 nəfər xəsarət alıb.
BUTA.TV Report-a istinadən xəbər verir ki, Ucar Rayon Mərkəzi Xəstəxanasına məxsus təcili tibbi yardım avtomobili VAZ-21011 markalı minik maşını Ucar-Göyçay yolundakı körpüdə toqquşaraq aşıb.
Nəticədə 5 nəfər - təcili tibbi yardım maşınının sürücüsü, Ucarın Qarabörk kənd sakini, 1968-ci il təvəllüdlü Əlibala Ağasoltan oğlu Rəhimov, VAZ markalı avtomobildə olan bir ailənin üzvləri, Alpout kənd sakinləri - 1988-ci il təvəllüdlü Ceyhun Məmmədmehdi oğlu Əliyev, 1989-cu il təvəllüdlü Vüqar Tarif oğlu Abbasov, 2020-ci il təvəllüdlü Mehdi Ceyhun oğlu Əliyev və 2015-ci il təvəllüdlü Çiçək Ceyhun qızı Əliyeva xəsarət alıb.
Yaralılar Ucar Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.
Faktla bağlı araşdırma aparılır.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü