Yardımlı rayonu ərazisində hərəkətdə olan VAZ-2106 markalı avtomobilin sürücüsü qayda pozuntusuna yol verdiyi üçün Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Bu barədə BUTA.TV-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.
Bildirilib ki, saxlanıldıqdan sonra həmin nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə edən Yardımlı rayon sakini C.Ağayevin həmçinin sərxoş olduğu da müəyyən edilib.
Həmin şəxs barəsində toplanmış material hüquqi qiymət verilməsi üçün Yardımlı Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə C.Ağayev 5 gün müddətində inzibati qaydada həbs edilib.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü