Ruslar Qərbin ağır texnikası Ukraynaya gələnə qədər genişmiqyaslı hücuma keçməyə tələsirlər.
BUTA.TV xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun hesabatında bildirilib.
“Bəzi rus millətçiləri Rusiyanın fevralın sonunda uğurlu hücuma başlaya biləcəyinə şübhə ilə yanaşırlar. “Vaqner”lə əlaqəli olan hərbi jurnalistlərdən biri bildirib ki, Rusiya Baş Qərargah rəisi Valeri Gerasimovun Ukraynaya genişmiqyaslı hücumu həyata keçirmək üçün məhdud zamanı var.
Terrorçu İqor Qirkin də hesab edir ki, Rusiya sənaye və iqtisadiyyat üçün daha çox işçi qüvvəsini səfərbər etməyincə, hücum uğurlu olmayacaq.
Hər iki müşahidə göstərir ki, Rusiya hərbi rəhbərliyi həlledici hücuma başlamağa tələsir”, - hesabatda qeyd olunub.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü