Ukrayna Prezidenti Vladimir Zelenski dünən Türkiyədə baş verən güclü zəlzələdən zərər çəkənlərə yardım göndərilməsi barədə fərman imzalayıb.
BUTA.TV xəbər verir ki, fərmana əsasən, Türkiyəyə humanitar yardımın göstərilməsi Ukrayna Nazirlər Kabineti tərəfindən həyata keçiriləcək.
Xatırladaq ki, dünən səhər saatlarında Türkiyədə güclü zəlzələlər baş verib. Zəlzələ nəticəsində 3432 nəfər həlak olub, 21103 nəfər xəsarət alıb. Dağılan binaların sayı 5775-ə çatıb. Ümumilikdə dağıntılar altından 7840 nəfər xilas edilib.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü