Türkiyənin Bakıdakı səfirliyi Azərbaycan vətəndaşlarına müraciət edib.
BUTA.TV xəbər verir ki, diplomatik nümayəndəlik əlaqə saxlamaq, xüsusən də yardımlarla bağlı əlaqə telefonlarını açıqlayıb.
Vətəndaş aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:
Mərkəzi nömrə: +994 12 444 73 20
Konsolosluq şöbəsi: +994 12 444 73 43
Qaynar xətt: +994 51 206 08 04
Elektron- poçt adresi: [email protected] tr
Xatırladaq ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Son məlumatlara görə, nəticədə 7 108 nəfər ölüb, 40 910 nəfər yaralanıb.
Dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib.
Bundan başqa, ölkənin zəlzələ baş verən 10 əyalətində 3 aylıq fövqəladə vəziyyət elan olunub.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü