Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan zəlzələnin baş verdiyi Qəhrəmanmaraş şəhərində Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşlarının axtarış-xilasetmə işləri ilə tanış olub.
BUTA.TV Report-a istinadən xəbər verir ki, FHN-in Xüsusi Xilasetmə Xidmətinin rəisi general-mayor Etibar İsmayılov Azərbaycan xilasedicilərinin fəaliyyət barədə məruzə edib.
Qeyd edək ki, hazırda Azərbaycan xilasediciləri axtarış-xilasetmə əməliyyatlarını davam etdirir. Onlar Qəhrəmanmaraş şəhəri ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından azı 26 nəfəri sağ, 48 nəfərin isə meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü