Əgər "Şimal axını”na hücum ABŞ hakimiyyəti tərəfindən Konqresin razılığı olmadan həyata keçirilibsə, o zaman narahatlığa əsas var.
BUTA.TV xəbər verir ki, bunu ABŞ-ın Yuta ştatından olan senatoru Mayk Li bildirib.
"Mən ABŞ-ın "Şimal axını"nı partlatması ehtimalını tez bir zamanda istisna edə bilməməyimdən narahatam. Mən bəzi senator yoldaşlarımdan soruşdum və danışdığım heç birinə bu barədə məlumat verilməyib. Doğrudur, biz böyük bəladayıq”, - senator vurğulayıb.
Qeyd edək ki, bir müddət öncə Li Tvitter hesabında amerikalı jurnalist Seymur Herşin “Şimal axını”nın partlaması ilə bağlı sensasion araşdırmasını paylaşıb. Li araşdırmanın təsdiqini tapacağı təqdirdə bunun müharibəyə belə yol aça biləcəyini söyləyib.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü