Polşa təyyarələri Kiyevə verməyə hazırdır, lakin NATO-nun ümumi mövqe bildirməsini gözləyir.
BUTA.TV xəbər verir ki, bu sözləri Polşa Prezidenti Andjey Duda ölkənin "TVN24" televiziyasına müsahibəsində deyib.
Duda ilk növbədə SSRİ dövründən qalan qırıcı və silah-sursatı Ukraynaya verə biləcəklərini deyib:
“Qırıcıların Ukraynaya təhvil verilməsi ilə bağlı qərar qəbul olunarsa, birincisi, biz mütləq postsovet dövründən qalan hər şeyi, məsələn, hələ də saxladığımız MiQ-29-ları təklif edəcəyik. Bu, Kiyev üçün əlverişlidir. Çünki ukraynalılar bu gün artıq MiQ-ləri idarə edə bilirlər, onların təlim keçmiş pilotları var. Bununla belə, başqa bir şey ötürüb-ötürməməyimiz müttəfiqlərimizlə bağlayacağımız müqavilələrdən asılı olacaq".
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü