Azərbaycanda polietilen torbaların pulsuz verilməsinə 15 fevraldan son qoyulub. Artıq mağazalarda kiçik ölçülü torbalar 3 qəpiyə, böyük ölçülülər isə 5 qəpiyə satılır. Qərarda əsas hədəf təbiətə ciddi ziyan vuran polietilen torbalardan istifadənin azalmasıdır.
Artıq qərardan yarım ay keçib. Bu müddətdə torbalardan istifadədə azalma müşahidə edilibmi?
Bu barədə BUTA.TV-a açıqlama verən “Araz” supermarketlər şəbəkəsinin PR meneceri Arzu Əliyeva bildirib ki, 15 fevral tarixindən öncə polietilen paketlər ödənişsiz olduğundan satış məhsulu kimi kassadan keçmirdi:
“Bu səbəbdən də 15 fevraldan öncə gündəlik nə qədər paket istifadə olunduğuna dair monitorinq aparılmayıb. Öncəki statistik məlumatlar olmadığından ötən dövrlə cari tarixi müqayisə edə bilmirik”.
Ayrı-ayrı mağazaların satıcıları isə polietilen torbalardan istifadənin yarıya qədər azaldığını bildirdilər. Bu azalma xüsusilə şəhər kənarlarında müşahidə edilir.
Şəhər mərkəzində isə polietilen torbalardan istifadədə əhəmiyyətli azalma hələlik yoxdur.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü