Futbol üzrə ölkə çempionatının birinci dəstəsində çıxış edən “Mingəçevir” komandası Şamaxıya səfər oyununa getdiyi zaman qəzaya düşüb.
BUTA.TV xəbər verir ki, hadisə İsmayıllı rayonu ərazisində baş verib.
Futbol komandasını daşıyan avtobus “Şaqman” markalı yük maşını ilə toqquşub.
Əldə olunan ilkin məlumata görə, futbolçulardan bir qrupu müxtəlif xəsarətlər alıb. Məşqçılırdən Zaur Qarayevin xəsarəti isə daha ciddidir.
Qeyd edək ki, “Mingəçevir” bu gün “Şamaxı”nın qonağı olacaqdı.
Faktla bağlı araşdırma aparılır.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü