Sosial şəbəkədə hazırda həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin imzası ilə ölkə başçısı İlham Əliyevə ünvanlanan müraciət dərc edilib.
“Həbsdən azad olunmağım üçün kömək etməyinizi xahiş edirəm” – deyə, müraciətdə bildirilib.
Bəxtiyar Hacıyevin vəkillərindən biri “Basta”nın sualına cavab olaraq müraciətin Bəxtiyar Hacıyevə məxsus olduğunu təsdiqləyib. Ötən il dekabrın 9-da Xətai Rayon Məhkəməsinin qərarı ilə Bəxtiyar Hacıyev barəsində 1 ay 20 gün müddətinə həbs-qətimkan tədbiri seçilib. Sonradan müstəntiqin vəsatəti əsasında həbs-qətimkan tədbiri aprelin 28-dək uzadılıb.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü