Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın mümkün həbsi ilə bağlı xəbərlərə görə ölkədəki vəziyyəti diqqətlə izləyir və etirazların dinc xarakter daşıyacağına ümid edir.
BUTA.TV xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
“Biz həmişə mümkün qədər vəziyyəti izləyirik. Əlbəttə ki, heç bir zorakılıq istəməzdik”, - Kirbi bildirib.
Onun sözlərinə görə, Bayden administrasiyası Amerikada iğtişaşların hazırlanmasına dair sübutlar görmür.
Xatırladaq ki, bir müddət əvvəl eks-dövlət başçısı martın 21-də həbsini gözlədiyini bildirərək tərəfdarlarını mitinqlərə çıxmağa çağırmışdı.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü