Krımın Canköy şəhərində Ukraynanın dronlarla zərbə endirdiyi hava limanında Rusiyaya aid helikopter və qırıcılar olub.
BUTA.TV xəbər verir ki, bu haqda "Hərbi Xəbərlər" Teleqram kanalı məlumat yayıb.
Məlumatda Canköydə hava limanına hücum zamanı 24 helikopter, 6 Su-25 qırıcı təyyarəsinin olduğu bildirilir. Digər tərəfdən, Canköydə yerləşən dəmir yolu stansiyasına da zərbələr endirildiyi deyilir.
Bildirilib ki, Rusiya həmin dəmir yolu xətti vasitəsilə cəbhəyə silah-sursat daşıyırmış.
Qeyd edək ki, bir müddət öncə Ukrayna Silahlı Qüvvələri Krımın Canköy şəhərində hava limanına dron hücumu həyata keçirib.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü