Türkiyə hökumətinin 17 üzvü ölkənin müxtəlif bölgələrindən deputatlığa namizəd olacaq.
BUTA.TV xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NTV telekanalına müsahibəsində deyib.
“Mənim müavinim Fuad Oqtay (vitse-prezident) Ankara üzrə namizədliyini irəli sürəcək. Hökumətin 17 üzvü millət vəkilliyinə namizəd olacaq. Demək olar ki, hamısı müxtəlif vilayətlər üzrə namizədliyini irəli sürməyə qərar verib. Böyük şəhərlər nazir yoldaşlarım üçün ən uyğun yerlərdir”, - Ərdoğan bildirib.
Qeyd edək ki, Türkiyədə president və parlament seçkiləri 14 may tarixində keçiriləcək.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü