Bakıda kafeyə silahlı basqın olub.
BUTA.TV xəbər verir ki, hadisə paytaxtın Biləcəri qəsəbəsində yerləşən "Aşıqlar" kafesində qeydə alınıb.
Belə ki, həmin kafeyə müştəri qismində gələn 2 nəfər şəxs Səxavət Məhəmməd oğlu Məmmədovun üzərinə bıçaq çəkərək pul tələb edib və kassadan təxminən 40-45 manat məbləğində pul götürüb.
Hadisəni törətməkdə şübhəli bilinən 1992-ci il təvəllüdlü Ricat Salman oğlu Cəfərov və 1996-cı il təvəllüdlü Turan Ələddin oğlu Alıyev saxlanılaraq polisə təhvil verilib.
Faktla bağlı cinayət işi açılıb istintaq aparılır.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü