İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian Moskvaya səfəri çərçivəsində Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski ilə görüşüb.
BUTA.TV xəbər verir ki, görüşdə Tehran və Moskva əməkdaşlığı, o cümlədən hərbi sahədə əlaqələr müzakirə olunub.
"Bizim birgə səylərimiz ticarət, turizm və elmi-texniki əməkdaşlıq, eləcə də müdafiə sektorunda əməkdaşlıq üçün zəruri olan infrastrukturun gücləndirilməsinə yönəlib", - Abdullahian deyib.
Qeyd edək ki, İran XİN rəhbəri bundan öncə rusiyalı həmkarı Sergey Lavrovla görüşüb.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü