Azərbaycandan Macarıstana ilin sonunadək təbii qaz tədarükünə başlanıla bilər.
BUTA.TV xəbər verir ki, bununla bağlı müzakirələr energetika naziri Pərviz Şahbazovun Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşündə aparılıb.
Onun sözlərinə görə, qörüşdə, həmçinin “Yaşıl enerji” layihəsi üzrə zəruri addımları müəyyənləşdirilib.
Xatırladaq ki, bu gün Macarıstanın paytaxtı Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) enerji nazirlərinin III iclası keçirilib. Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan Türk Dövlətləri Təşkilatına üzv, Macarıstan, Türkmənistan və Şimali Kipr isə müşahidəçi dövlətlərdir.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü