Əskişəhər Azərbaycanlılar Dərnəyi 31 Mart Soyqırım Günü ilə bağlı tədbir keçirib.
BUTA.TV xəbər verir ki, tədbir Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb, şəhidlər, soyqırım qurbanları bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən dərnəyin koordinatoru Cavid Əmirov soyqırımın baş verdiyi tarixi şəraitdən və onun nəticələrindən bəhs edib.
Onun sözlərinə görə, bolşevik-daşnakların soyqırımı törətməkdə məqsədi Azərbaycan türkləri və Bakının müsəlman əhalisinin iradəsini qırmaq, milli düşüncədə olan insanları bolşevizm yalanlarına inandırmaq olub.
Tədbirdə tələbələr Türkiyədən olan soydaşlarımız da qatılıblar.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü