Qrem Potter “Çelsi” futbol klubunda tutduğu baş məşqçi vəzifəsindən azad edilib.
BUTA.TV xəbər verir ki, bu barədə “Çelsi”nin mətbuat xidməti məlumat yayıb.
Bundan sonra “Çelsi”də baş məşqçi vəzifəsini Bruno Saltor icra edəcək.
47 yaşlı Potter “Çelsi”də 2022-ci il sentyabrın 8-dən baş məşqçi idi.
“Çelsi” İngiltərə çempionatının turnir cədvəlində 38 xalla 11-ci pillədə qərarlaşıb. Potterin rəhbərliyi ilə bu komanda Çempionlar Liqasının 1/4 finalına çıxıb və aprelin 12-də və 18-də “Real Madrid” ilə qarşılaşacaq.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü