Rusiya təbliğatçılarının iddialarının əksinə olaraq, Ukrayna inadla Baxmut uğrunda mübarizə aparır.
BUTA.TV xəbər verir ki, bu barədə Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
“Baxmut ukraynalılar üçün böyük əhəmiyyət kəsb edir və buna hörmət edirik, anlayırıq. Ukrayna ordusunun Baxmutdan geri çəkilməsi belə, strateji baxımdan döyüşün dinamikasını dəyişməyəcək”, - deyə o bildirib.
Qeyd edək ki, ötən gün "Vaqner" təşkilatının rəhbəri Yevgeni Priqojinin Baxmutun mərkəzinə Rusiya bayrağını sancdığını əks etdirən videogörüntülər paylaşılmışdı.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü