Ermənistan parlamentinin spikeri Simonyan Baş naziri Paşinyanın oğlunun hücuma məruz qalması barədə xəbərləri təkzib edən bəyanatını şərh etməkdən imtina edib.
BUTA.TV xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
“Mən şərh verməyəcəyəm... Nə istəyirsiniz düşünün, şərh verməyəcəyəm”, - o bildirib.
Onun sözlərinin nə demək olduğunu soruşduqda Simonyan “heç nə dəyişməyib, təxribatlar” cavabını verib.
Kiçik Paşinyanın bəyanatından sonra Simonyan dünən ona hücumla bağlı Feysbukdakı paylaşımını da silib.
Qeyd edək ki, aprelin 3-də Simonyan Baş nazirin oğlu Aşot Paşinyanın hücuma məruz qaldığını bəyan edib. Bu gün isə kiçik Paşinyan bu məlumatı təkzib edərək, heç kimin ona hücum etmədiyini deyib.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü