Rusiyanın ikinci ən böyük bankı VTB sanksiyalar səbəbindən ötən ili 7,73 milyard dollara yaxın zərərlə başa vurub.
Buta.tv xəbər verir ki, VTB 2021-ci ildə rekord mənfəət (327,4 milyard rubl) əldə etsə də, ötən ili 612,6 milyard rubl xalis zərərlə başa vurub. Bankın ehtiyat xərcləri 343,3% artaraq 514,3 milyard rubla, xalis faiz gəliri isə 50,3% azalaraq 321,0 milyard rubla çatıb.
Bankın baş direktoru Andrey Kostin itkilərini tamamilə qərbin Rusiyanın maliyyə sektoruna qarşı sanksiyaları ilə əlaqələndirib. O, kredit portfelinin 20%-dən çoxu xarici valyutada olan VTB-nin, Ukraynadakı münaqişənin ilkin mərhələlərində xüsusilə ağır zərbə aldığını açıqlayıb.
VTB-nin baş maliyyə direktoru Dmitri Pyanov isə əlavə edib ki, bu il əldə ediləcək mənfəət kapitalın bərpasına ayrılacaq və 2023-cü ilin nəticələrinə görə dividend ödənilməsi planlaşdırılmır./ Apa
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü