Bakının Yasamal rayonundakı yaşayış binasında baş verən yanğın söndürülüb.
Bu barədə BUTA.TV-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Qeyd olunub ki, Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 44 m² olan 2 otaqlı mənzilin mətbəxində 1 ədəd soyuducu və 1 ədəd paltaryuyan maşın yanıb, yüksək temperaturdan mebel qarsalanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü